Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın iki bankına ümumilikdə $15 milyon məbləğində kredit ayırır.
Bu məbləğin $5 milyonu “ТuranBank”a, $10 milyonu “Rabitəbank”a ayrılır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, banklarla kredit sazişləri bu gün Bakıda keçirilən “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTB-in rolu” adlı biznes forumun yekunları üzrə imzalanıb.
Kreditlər banklar tərəfindən biznesin dəstəklənməsinə yönəldiləcək.
“ТuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 fiziki və hüquqi şəxsdir.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və ölkənin 10 aparıcı bankından biridir. Bankın səhmdarları 10-a yaxın fiziki və hüquqi şəxsdir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir.
QDTİB bu günədək Azərbaycanın özəl sektorunda layihələrin maliyyələşdirilməsinə 520 milyon avrodan artıq kredit ayırıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət