Rusiya Azərbaycanın ödəniş infrastrukturunda “Mir” ödəniş sistemi kartlarının qəbulunun təşkilində maraqlıdır.
“Rusiya tərəfi 2022-ci ilin yazında Azərbaycanın ödəniş infrastrukturunda “Mir” ödəniş sisteminin kartlarının qəbulunun təşkil edilməsi məsələsində ölkə hökuməti ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib”, - deyə hökumətdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, bütövlükdə, Azərbaycan və Rusiya banklararası əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində maraqlıdır.
“Bundan irəli gələrək tərəflər hesab edirlər ki, milli valyutalarda birbaşa müxbir hesablarının sayının artırılması, maliyyə məlumatlarının təhlükəsiz ötürülmə kanalının (məsələn, maliyyə məlumatlarının ötürülməsi sistemi) mövcudluğu ikitərəfli mal və xidmət ticarətinin inkişafına kömək edəcək. Bundan başqa, tərəflər RF və Azərbaycanın kredit təşkilatlarının iştirakı ilə təcrübə mübadiləsi və müasir bank məhsullarının tətbiqi, o cümlədən dövlət və kommersiya satınalmaları sistemində vəsaitlərin məqsədli xərclənməsinə effektiv nəzarət vasitəsi kimi bank müqavilələrinin müşayiəti mexanizmlərindən istifadə edilməsi üzrə dialoqu davam etdirməyə hazır olduqlarını təsdiq ediblər”, - deyə mənbə qeyd edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət