“Azpetrol” şirkəti Bakı şəhəri, Xətai rayonunda yanacaqdoldurma məntəqəsini yenidənqurma işlərindən sonra istifadəyə verib.
““Azpetrol” şirkəti tələbatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ünvanında yerləşən “Nobel” qazdoldurma məntəqəsində yenidənqurma işləri aparıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində qazdoldurma məntəqəsi yanacaqdoldurma məntəqəsinə çevrilib və maye-qaz doldurma postu (LPG) yaradılıb”, - deyə şirkətin məlumatlnda bildirilir.
Bununla da, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 92-yə çatdırılıb.
“Azpetrol Ltd.” MMC Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin 92 yanacaqdoldurma məntəqəsi, 3 maye qazdoldurma (propan-butan) məntəqəsi, 1 STQ tipli (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3neft bazası, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur.
Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 2 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda, müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhərinin Nəsimi rayonunda açılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət