Dövlət Vergi Xidməti (DVX) transfer qiymətlərinin müəyyənləşdirilməsi və tətbiqi ilə bağlı qaydalar hazırlayır. Bunu DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.
“Ölkəmizdə vergi ödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan nəzarət olunan əməliyyatların məbləği hər il 2 milyard manatdan çoxdur. Buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergi ödəyiciləri müəyyənləşdirilir”, - deyə o, “Vergilər” qəzetinə müsahibəsində bildirib.
O.Musayev əlavə edib ki, transfer qiymətləri ilə bağlı yaxın gələcəkdə beynəlxalq məlumat bazalarından istifadənin genişləndirilməsi, transfer qiymətləndirmə məqsədləri üçün iqtisadi sahələr üzrə daxili qiymət (marja) məlumat bazasının yaradılması nəzərdə tutulur. “Bundan başqa, uçot-məlumat bazasının və risk meyarları əsasında avtomatlaşdırılmış risk-təhlil sisteminin təkmilləşdirilməsi, maliyyə əməliyyatları, qeyri-maddi aktivlərin alışı-satışı, aşağı dəyərli xidmətlərdə transfer qiymətləndirmə yanaşmalarının tətbiqi və transfer qiymətləri üzrə birgə yoxlamaların aparılması kimi tədbirlərimiz gözlənilir”, - deyə İdarə rəisi qeyd edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət