Bu gün energetika naziri Pərviz Şahbazov Yunanıstana işgüzar səfərə yola düşüb.
“Nazir 8 iyul tarixində Komotini şəhərində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılış mərasimində iştirak edəcək”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi planlaşdırıldığından bir neçə dəfə az – ildə 1 milyard kubmetrə qarşı 250-300 milyon kubmetr olub.
2022-ci il martın sonunda IGB-nin operatoru interkonnektorun TAP-a qoşulduğunu elan edib və bu da Azərbaycan qazının İGB vasitəsilə Bolqarıstana nəqlinə imkan verəcək.
IGB-nin istismara verilməsi Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəqlini, gələcəkdə isə bu həcmin ildə 3 milyard kubmetrə çatdırılmasını təmin edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət