“Visa” şirkəti Nurlan Hacıyevi baş direktor, Azərbaycan üzrə menecer vəzifəsinə təyin edib.
Şirkətin məlumatına görə, yeni vəzifədə N.Hacıyev “Visa”nın banklara, satıcılara və kart sahiblərinə verdiyi dəyəri artıraraq, Azərbaycanda elektron ödənişlər biznesinin inkişafını diqqət mərkəzinə qoyacaq.
““Visa”nın Azərbaycanda biznes inkişafı strukturunda təşkilatı dəyişikliklər şirkətin ölkədə böyük artım iddialarını əks etdirir. N.Hacıyev artıq 9 il ərzində “Visa” komandasının dəyərli üzvü olaraq, müştərilərlə münasibətlərin möhkəmləndirilməsi, biznes inkişafı strategiyasının qəbulu və icrası məsələləri ilə məşğul olmuşdu. Yeni vəzifədə o, bu işi davam etdirəcək, eləcə də yerli komandanın inteqrasiyasını və uyğunluğunu təmin edəcək”, - deyə “Visa”nın vitse-prezidenti, Azərbaycan və Mərkəzi Asiya üzrə regional meneceri Kristina Doroş qeyd edib.
“Visa”nın Azərbaycanda biznes inkişafı üzrə direktor vəzifəsində fəaliyyətimin davamı olaraq, “Visa” komandası ilə birgə ölkədə nağdsız iqtisadiyyatın inkişafını davam etdirmək mənim üçün böyük sevincdir. Son bir neçə ildə işgüzar tərəfdaşlar, müştərilər və tənzimləyici qurumlarla sıx əlaqədə işləyərək, müştərilərə və tərəfdaşlara daha çox fayda vermək, bazarda rolumuzu gücləndirmək, ödəmələrin gələcəyini istiqamətləndirmək və Azərbaycanda innovasiyaların önündə getməkdən iftixar hissi keçirirəm” - deyə N.Hacıyev bildirib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət