Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8%-dən 3,8%-dək yaxşılaşdırıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, yenilənmiş proqnoz BVF missiyası tərəfindən mayın 25-dən iyunun 7-dək Azərbaycan hökuməti ilə IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə hazırlanıb.
Fond 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,6% səviyyəsində saxlayıb.
2024-2027-ci illərdə respublikada iqtisadi artım ildə 2,5% səviyyəsində proqnozlaşdırılır.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə qeyri-neft sektorunda artım 5,5% (aprel proqnozu – 4%), 2023-cü ildə 3,7%, 2024-2027-ci illərdə illik 3,5% təşkil edəcək.
Fond Azərbaycanda inflyasiyanın 12,3%-dək (2021-ci ildə 6,7%) sürətlənəcəyini, 2023-cü ildə 9,5%-dək, 2024-cü ildə 7%-dək, 2025-ci ildə 5%-dək, 2026-2027-ci illərdə 4%-dək azalacağını proqnozlaşdırır.
“2022-ci ildə ÜDM-in 3,8% artacağı, ortamüddətli perspektivdə isə bir qədər azalacağı proqnozlaşdırılır. Proqnozlara görə, 2022-ci ildə inflyasiya yüksək ərzaq və xammal qiymətləri, tədarük zəncirindəki pozulmalar da daxil olmaqla, əlverişsiz xarici amillərin təsiri ilə yüksək səviyyədə qalacaq, 2023-cü ildən etibarən inflyasiya templəri azalacaq. İnflyasiyanın 2024-cü ilin sonunadək Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə (4 ± 2 faiz) qaytarılmasını dəstəkləmək üçün pul-kredit siyasətinin əlavə sərtləşdirilməsi və orta səviyyədə saxlanılması tələb olunacaq”, - deyə missiyanın şərhlərində bildirilir.
BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 24,6%-i (2021-ci ildə 15,2%-i), 2023-cü ildə 21,6%-i, 2024-cü ildə 21%-i, 2025-ci ildə 16,3%-i, 2026-cı ildə 10,7%-i, 2027-ci ildə 9,1%-i səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,9%, qeyri-neft ÜDM-in artımını 4,9% səviyyəsində proqnozlaşdırmışdı. Lakin iyun ayında İqtisadiyyat Nazirliyi qeyri-neft ÜDM-in artım proqnozuna yenidən baxaraq 5,5% səviyyəsində müəyyən edib. Bununla belə, nazirlik ÜDM-in ümumi artımı üzrə yenilənmiş proqnozu dərc etmir. İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 12,5%-dək artacaq.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 7,2%, neft sektoru üzrə ÜDM 1,8% artıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət