Beynəlxalq Valyuta Fondu (BVF) 2028-ci ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin $82,076 milyarda qədər artacağını proqnozlaşdırır.
2021-ci ilin yekunları üzrə ARDNF-in aktivləri $45,025 milyard təşkil edib. Beləliklə, 2022-2027-ci illərdə Dövlət Neft Fondunun aktivləri 82,3% artacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, BVF tərəfindən bu proqnozlar Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə hazırlanıb.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ilin yekunları üzrə ARDNF-in aktivləri $53,426 milyarda (2021-ci illə müqayisədə artım 18,7%), 2023-cü ilin yekunları üzrə $62,168 milyarda, 2024-cü ilin yekunları üzrə $70,742 milyarda çatacaq.
2025-ci ildə ARDNF-in aktivləri $76,58 milyarda, 2026-cı ildə $79,84 milyarda, 2027-ci ildə $82,076 milyarda qədər artacaq.
"Azərbaycan iqtisadiyyatı Ukraynadakı müharibə nəticəsində enerji daşıyıcılarının qiymətinin daha yüksək olmasından faydalanır. Enerji daşıyıcılarının qiymətinin bahalaşmasının və Avropaya qaz ixracının həcminin potensial artımının ortamüddətli perspektivdə ixracı, büdcə gəlirlərini artıracağı proqnozlaşdırılır. Proqnozlara görə, ARDNF-in aktivləri 2025-ci ildə ÜDM-in 100%-nə çatacaq”, - deyə fondun şərhlərində vurğulanır.
BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycan neftinin bir barelinin qiyməti $108,5 (2021-ci ildə $71,1), 2023-cü ildə $96,5, 2024-cü ildə $85,7, 2025-ci ildə $78,7, 2026-cı ildə $74,4, 2027-ci ildə $72,2 təşkil edəcək.
2022-ci il aprelin 1-nə ARDNF-in aktivləri $45 milyard 264 milyon məbləğində qiymətləndirilir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət