İyulun 8-də Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılış mərasimi olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Mərasimdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın baş naziri Kiril Petkov və Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak ediblər. Nazir tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salam və təbriklərini çatdırıb”, - deyə məlumatda bildirilir.
P.Şahbazov çıxışında IGB-nin reallaşmasını TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, Cənub Qaz Dəhlizinin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirib.
Nazir deyib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.
O, dayanıqlı enerji təhlükəsizliyi üçün ölkələr arasında əməkdaşlığın önəmini xüsusi vurğulayıb.
Bildirilib ki, Cənub Qaz Dəhlizinin, onun yeni qolu İGB-nin ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Avropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı etimad və dəstəyin nəticələridir.
“Cənub Qaz Dəhlizi Aİ-Azərbaycan enerji tərəfdaşlığının indiyədək əldə etdiyi ən böyük nailiyyətdir və biz bu uğur hekayəsini davam etdirmək niyyətindəyik”, - deyə P.Şahbazov qeyd edib.
O, IGB-nin qarşıdakı illərdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəsi olduğunu qeyd edib.
2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. 2019-cu ilin mayında isə Bolqarıstanın Kirkovo bölgəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təməlqoyma mərasimi keçirilib.
2022-ci il martın sonunda IGB-nin operatoru interkonnektorun Trans-Adriatik qaz kəmərinə (TAP) qoşulduğunu elan edib və bu da Azərbaycan qazının İGB vasitəsilə Bolqarıstana nəqlinə imkan verəcək.
IGB-nin istismara verilməsi Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəqlini, gələcəkdə isə bu həcmin ildə 3 milyard kubmetr layihə gücünə çatdırılmasını təmin edəcək.
Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi planlaşdırıldığından bir neçə dəfə az – ildə 1 milyard kubmetrə qarşı 250-300 milyon kubmetr olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət