İyulun 13-dən etibarən Azərbaycanda Premium Euro-95 markalı benzinin 1 litr üçün qiyməti 25% - 2 manatadək (cari məzənnə ilə $1,18) bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan”a neft-qaz bazarındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda Premium Euro-95 markalı benzin istehsal olunmur, tam həcmdə tələbatı isə idxal hesabına ödənilir. benzi
“Bu növ benzinin qiymətinin artımı bütün dünyada neft və neft məhsullarına qiymətlərin bahalaşması ilə şərtlənir”, - mənbə qeyd edib.
O bildirib ki, Gürcüstanda Premium Euro-95 markalı benzinin qiyməti 1 litr üçün $1,34, Türkiyədə - $1,46, Rumıniyada - $1,68 təşkil edir.
2021-ci ildə Azərbaycan $111 milyon 106,15 min dəyərində (artım 1,9 dəfə) 147 min 412,23 ton Premium Euro-95 markalı avtomobil benzini idxal edib (artım 52%).
Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 29 min 980,66 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 35,8% azdır.İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $29 milyon 120,83 min (azalma 6,6%) təşkil edib.
Xüsusilə, 4 ay ərzində Rusiyadan $8 milyon 623,37 min dəyərində (azalma 3 dəfə) 9 min 403,55 ton benzin (azalma 4,1 dəfə) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 31,4%-i bu ölkənin payına düşüb.
Rumıniyadan $5 milyon 978,55 min dəyərində 6 min 713,35 ton, Bolqarıstandan $10 milyon 365,18 min dəyərində 8 min 919,17 ton, Türkmənistandan $4 milyon 153,73 min dəyərində 4 min 944,58 ton benzin idxal edilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət