2022-ci ilin II rübündə maliyyə axınları ilə bağlı məlumatlar iqtisadi aktivliyinin artımına işarə edir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) qeyd edir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, AMB ilk dəfə 2022-ci ilin ikinci rübü ərzində sahələrarası maliyyə axınlarının təhlili hesabatını dərc edib.
Təhlilə əsasən, AMB maliyyə axınlarının ÜDM ilə yüksək asılılığını qeyd edir.
“2022-ci il ikinci rübün ortalarında müşahidə olunan azalma, rübün sonlarına doğru yenidən artımla əvəz olunub. Bütövlükdə, 2022-ci ilin ikinci rübündə ümumi ödəniş daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.8% və ya 3 mlrd. manat artaraq 18.3 milyard manat təşkil edib”, - AMB-dən vurğulanıb.
Təhlilə əsasən, 2022-ci ilin ikinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (22%) və ticarət, nəqliyyat vasitələrinin təmiri (15.5%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (+1.08 milyard manat) və ticarət, nəqliyyat vasitələrinin təmiri (+965 milyon manat) sahələri olub.
AMB sahələrarası maliyyə axınlarının dinamikasına toxunaraq qeyd edir ki, 2022-ci ilin ikinci rübündə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsi üzrə ödəniş daxilolmaları 2 dəfə - 110.4 milyon manatadək, təhsil sahəsi üzrə 82% - 114.7 milyon manat artaraq - 254.8 milyon manatadək, tikinti sahəsi üzrə 64% - 2,7 milyard manatadək artıb (azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri ilə əlaqədar sosial layihələr və investisiyalar maliyyə axınlarının artımına töhfə verən əsas amildir).
AMB qeyd edir ki, ikinci rübdə ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 21%-i təşkil etməklə 3.9 milyard manat, qeyri-ticari sektorda isə 79% təşkil etməklə 14.4 milyard manat olub. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət