Baş Prokurorluq tərəfindən narkotik vasitələrin qaçaqmalçılığında ittiham olunan Dövlət Sərhəd Xidmətinin məkdaşları barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
“Baş prokuror tərəfindən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və digər şəxslərdən ibarət cinayətkar dəstənin 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ilə əlaqədar cinayət işi başlanıb. Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib”, - məlumatda bildirilir.
Məlumatda deyilir ki, keçirilmiş çoxsaylı istintaq hərəkləri ilə müəyyən edilib ki, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək mülki şəxs Hikmət Xəlili və qeyriləri ilə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.
“Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılıblar. Onlardan 94, 3 kq narkotik vasitələr (87, 7 kq marixuana, 7, 6 kq heroin, “metadon-40” 198 konvalyut hər birində 10 ədəd olmaqla 1980 həb), psixotrop maddə (400 qram metamfetamin) və güclü təsir edən maddə (“preqobalin-150” 831 konvalyut hər birində 15 ədəd olmaqla 12465 həb) aşkar edilərək götürülüb”, - məlumatda qeyd olunur.
Toplanmış sübutların məcmusuna əsasən adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. “Bundan başqa, aparılmış istintaq hərəkətləri ilə qabaqcadan əlbir olmuş həmin cinayətkar qrupun digər üzvü - mülki şəxs Bəşir Quliyevin cinayət əməlləri ifşa edilməklə o, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsiləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan edilib”, - məlumatda vurğulanır.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət