2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1% artaraq 147 milyon manat ($86,47 milyon) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bunun 58,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5%-i ictimai iaşə xidmətlərindən, 3,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2022-ci ilin yanvar-iyun aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8% artaraq 1 milyon 27 min olub. Gecələmələrin 55,1%-i faizi Bakıda, Qəbələ və Qubada – 6,8%, Qusar və Şabranda - 5,5%, Qubada - 8%, Şabranda - 6,1%, Lənkəranda - 3,3%, Naftalanda - 3%, Naxçıvanda - 2,2%, Xaçmazda - 1,3%, Şamaxıda - 1,1%, Şuşada - 0,9%, digər şəhər və rayonlardakı mehmanxanalarda - 8,5% qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 523,5 min olub ki, bu da ümumi gecələmələrin 51%-ni təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49%-ni təşkil edir.
Gecələmələrin 11,9%-i Səudiyyə Ərəbistanı, 11,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,5%-i Türkiyə, 10,7%-i Rusiya Federasiyası, 4,4%-i Böyük Britaniya, 3,9%-i Küveyt, 2,6%-i İsrail, 3,5%-i Hindistan, 3%-i ABŞ, 1,9%-i Pakistan, 1,9%-i Qazaxıstan, 1,7%-i Almaniya, 1,4%-i Gürcüstan, 1,5%-i İtaliya, 1,4%-i Qətər, 1,2%-i İran, 0,9% - Özbəkistan, 0,7%-i Ukrayna, 0,8%-i Niderland, 0,6%-i Fransa, 21,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9%-i Bakıda, 4,5%-i Qusarda, 6,2%-i Qəbələdə, 2,3%-i Naftalanda, 3,1%-i Qubada, 1,1%-i Şabranda, 0,7%-i Naxçıvan Muxtar Respublikasında, 2,2%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Hesabat dövründə respublika üzrə mehmanxanaların orta yüklənmə səviyyəsi 112,4% təşkil edib (bir il əvvəl 9%). Həmçinin Şabran üzrə bu göstərici 90%, Naftalan üzrə - 27%, Beyləqan üzrə - 26,7%, Quba üzrə - 26,5%, Ağcabədi üzrə - 19,6%, Bakı üzrə - 18,6%, Lənkəran üzrə - 17,6%, Sabirabad üzrə - 17,2%, Şuşa üzrə - 17,1%, Qusar üzrə - 16,4%, Qəbələ üzrə - 16,4%, Göyçay üzrə - 12,8% təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 milyon manat ($123 milyon) olub.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət