Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin birinci yarısında bankların müştərilərinin sayında, həmçinin dövriyyədə olan ödəniş kartlarının sayında artım qeyd edir.
“İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib ki, 30 iyun 2022-ci il tarixinə bankların müştərilərinin ümumi sayı 12 milyon 871,984 min (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,7%) təşkil edir. Həmçinin, ikinci rübdə bankların müştərilərinin sayı 0,4% artıb.
30 iyun 2022-ci il tarixinə fiziki şəxslər arasında bankların müştərilərinin sayı 12 milyon 739,705 min (yarım il ərzində artım 5,6%, ikinci rübd ərzində 0,3%), Bankın müştəriləri olan fiziki şəxslər arasında 537,566 mini fərdi sahibkardır (yarım il ərzində artım 13,6%, ikinci rübdə artım – 6,7%).
Bankların müştəriləri olan hüquqi şəxslərin sayı 132,279 min təşkil edir (yarım il ərzində artım 8,6%, ikinci rübdə - 6,6%).
AMB-nin məlumatına əsasən, iyunun 30-na banklarda müştəri hesablarının sayı 29 milyon 61,31 min (yarım il ərzində artım 9.3%, ikinci rübdə - 3,4%) təşkil edir. Bunun 23 milyon 794,696 mini – cari hesablar (yarım il ərzində artım 8%, ikinci rübdə – 2,4%), 4 milyon 992,22 mini – kredit hesabları (yarım il ərzində artım 16,2%, ikici rübdə – 8,3%), 274,394 mini – depozit hesabları (yarım il ərzində artım 6,8%, ikinci rübdə – 3,6%) təşkil edib.
Ümumilikdı, iyunun 30-na cari hesabların strukturunda 23 milyon 512,121 mini fiziki şəxslər tərəfindən (yarım il ərzində artım 8%, ikinci rübdə – 2,3%), 282,575 mini – hüquqi şəxslər tərəfindən (yarım il ərzində artım 7,2%, ikinci rübdə – 5%) açılıb.
AMB-nin məlumatına görə, 2022-ci il iyunun 30-na Azərbaycanda olan ödəniş kartlarının sayı 12,244 milyon ədəd təşkil edir, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,9% çoxdur. İkinci rübdə dövriyyədə olan ödəniş kartlarının sayı 473 min ədəd və ya 4% artıb.
Sosial kartların sayı 3,448 milyon ədəd (yarım il ərzində azalma 0,6%, ikinci rübdə - 2,1%), iş kartlarının sayı – 2,669 milyon (yarım il ərzində artım 3%, ikinci rübdə - 1,7%), kredit kartlarının sayı – 1,551 milyon (yarım il ərzində artım 11,2%, ikinci rübdə - 3,4%), digər kartların sayı – 4,576 milyon (yarım il ərzində artım 27,6%, ikinci rübdə - 10,9%) təşkil edir.
Birinci yarımillikdə ödəniş kartları vasitəsilə 25,493 milyard manat (ikinci rübd ərzində - 13,779 milyard manat) 274,2 min əməliyyat (ikinci rübdə - 148,68 min əməliyyat) həyata keçirilib.
Həmçinin, yanvar-iyun aylarında ödəniş kartları vasitəsilə nağdsız formada elektron ticarət çərçivəsində 7,347 milyard manat məbləğində 105,095 min əməliyyat həyata keçirilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət