Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abaskuliyevlə işgüzar görüş keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyinin saytına istinadən xəbər verir.
“Görüşdə Dağıstan məhsullarının Azərbaycan bazarına çıxarılması imkanları və Dağıstan iş adamlarının Azərbaycana əyani biznes missiyasının təşkilinə hazırlıq müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Cari ilin IV rübünə planlaşdırılan biznes missiya çərçivəsində “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin meydançasında Dağıstan Respublikası məhsullarının sərgi salonu açılacaq.
“Şou-rumda Dağıstanda istehsal edilən ixrac məhsulları (ərzaq məhsulları, tikinti materialları və IT məhsulları) təqdim olunacaq. Respublikanın turizm və investisiya potensialının videotəqdimatı planlaşdırılır. Şou-ruma giriş tamamilə sərbəst olacaq və arzu edən hər kəs ziyarət edə bilər. Bundan başqa, biz hazırda Azərbaycandan olan iş adamları ilə işləyirik və onlar salonda daimi əsasda təqdim olunacaq məhsullarla tanış ola biləcəklər”, - deyə R.Abaskuliyev bildirib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət