2022-ci ildə bir barel neftin orta qiyməti $105 səviyyəsində olacağı halda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri $48,7 milyarda çata bilər.
2021-ci ilin yekunları üzrə ARDNF-nin aktivləri təxminən $45 milyard təşkil edib. Beləliklə, 2022-ci ildə Fondun aktivlərinin artımı 8,2% təşkil edə bilər.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi Maliyyə Nazirliyinin materiallarına əsasən, neftin müxtəlif qiymətləri halında ARDNF-nin aktivlərinin dəyişməsi ilə bağlı bir neçə ssenari hazırlanıb.
Xüsusilə, baza variantı halında, cari il ərzində bir barel neftin orta qiyməti $85 olacağı zaman, ARDNF-nin aktivləri 2023-cü ilə qədər $47,8 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,2% - İF).
Cari il ərzində bir barel neftin orta qiyməti $95 halında 2023-cü ilədək ARDNF-nin aktivləri $48,3 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,3% - İF).
Həmçinin, Maliyyə Nazirliyinin materiallarında neftin qiymətinin azalması halında variantlar da yer alıb. Xüsusilə, cari il ərzində bir barel neftin orta qiyməti $75 halında 2023-cü ilədək ARDNF-nin aktivləri $47,3 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,1% - İF).
Cari il ərzində bir barel neftin orta qiyməti $65 halında 2023-cü ilədək ARDNF-nin aktivləri $46,9 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,2% - İF).
Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, beynəlxalq təsisatların proqnozlarına görə, 2022-ci ildə bir barel Brent markalı neftin orta qiyməti $100-107 təşkil edəcək.
O cümlədən, Maliyyə Nazirliyi qeyd edib ki, bir barel neftin orta qiymətinin $10 ucuzlaşması Azərbaycanın icmal büdcəsinin gəlirlərinin illik orta hesabla 1,7 milyard manat ($1 milyard) azalmasına gətirir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət