ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyası (U.S. International Development Finance Corporation, DFC) tərəfindən son 20 il ərzində Azərbaycana investisiya qoyuluşu təxminən $230 milyona yaxın təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş “İnvestisiya mühiti haqqında bəyanatlar-2022: Azərbaycan” adlı hesabatda bildirilib.
“Son iki onillikdə DFC Azərbaycana 24 biznes layihəsi çərçivəsində təxminən $230 milyon həcmində sərmayə yatırıb”, - deyə sənəddə qeyd olunur.
İnvestisiyalar üçün prioritet istiqamətlər maliyyə və energetika sahələrində layihələr olub.
Xüsusilə korporasiyanın xətti ilə Azərbaycan banklarına kiçik və orta biznes sahəsində əməliyyatların genişləndirilməsi üçün kredit vəsaitləri verilib.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin sonuna Azərbaycan banklarının ümumi aktivləri $22,3 milyard məbləğində qiymətləndirilir ki, bunun da 60%-ə qədəri ilk beşliyə daxil olan bankların payına düşür. Bütövlükdə, Vaşinqtonda hesab edirlər ki, Azərbaycanın maliyyə sektoru zəifdir və bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini və ÜDM-in artımını ləngidir.
Sənəddə bildirilir ki, Azərbaycan hökuməti yerli investorların xaricdə kapital qoyuluşlarına məhdudiyyət qoymur.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət