2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil olunub, bu da ötən ilin analoji dövründən 4,5% azdır.
“Operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan 12 milyon ton neft, SOCAR şirkəti tərfindən – 4,6 milyon ton neft (kondensat ilə), “Şahdəniz” yatağlndan – 2,6 milyon ton kondensat hasil olunub”, - “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan neft ixracı (kondensatla birlikdə) 15,6 milyon ton (azalma 4,9% - İF) təşkil edib. Hesabat dövründə kondesatla birlikdə neft ixracının ümumi həcmində 14,7 milyon tona yaxın AÇG blokundan neftin və “Şahdəniz” yatağından kondensatın, 0,9 milyon tonu – SOCAR şirkətinin payına düşüb
Cari ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton təşkil edib (azalma 12,8% - İF).
Nazilrikdən məlumat verilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 558,5 milyon ton neft, “Şahdəniz”dən isə 38,4 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 1 avqust tarixinədək 595 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət