Azərbaycan və Əlcəzair diplomatik və xidməti pasportların vizalardan azad olunmasına dair razılığa gəlib.
Çərşənbə günü Bakıda Azərbaycanın və Əlcəzairin xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ramtane Lamamra müvafiq sənəd imzalayıblar.
“Azərbaycan və Əlcəzair müxtəlif platformalarda əməkdaşlıq edir. Ümid edirik ki, Əlcəzair XİN başçısının Azərbaycana səfəri ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi üçün təkan olacaq. Lamamra ilə görüş zamanı ikitərəfli, xüsusilə enerji və sərmayələr sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi apardıq. O cümlədən, ölkələrimiz arasında turizm, mədəniyyət və təhsil sahələrində əmkdaşlığın inkişafı məsələləri müzakirə olunub”, - Bayramov Əlcəzairin xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib.
Həmçinin, Bayramov dəqiqləşdirib ki, görüş zamanı Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizalardan azad olunması barədə saziş və iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrə bağlı protokol imzalanıb.
O cümlədən, nazir yaxın gələcəkdə iki ölkə arasında biznes məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlığın təşkilinə ümidvar olduğunu bildirib və qeyd edib ki, “bu hər iki ölkənin əməkdaşlığı üçün potensialdır”.
O, həmçinin bildirib ki, qarşılıqlı səfərlər birgə təcrübəyə təkan verəcək, bu da iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət