Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Yardımlı rayonu ərazisində (Azərbaycanın cənubu - İF) 8 kq narkotik maddə ilə İran vətəndaşı saxlanılıb.
“12 avqust tarixində saat 01:55-də Yardımlı rayonu Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunmuş və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmışdır. Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmış və təqibdən yayınmağa cəhd etmişlər”, - DSX-nin məlumatında deyilir.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunmuşdur. Nəticədə, bir nəfər sərhəd pozucusu yaralanaraq saxlanılmış, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olmuşdur.
“Yaralanmış sərhəd pozucusuna dərhal tibbi yardım göstərilmiş və xəstəxanaya təxliyə edilmişdir. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Ağacan Nadirzadə olması müəyyən edilmişdir. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi7 kq 935 qram narkotik vasitəyəbənzər maddə(“marixuana”),bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülmüşdür”, - məlumatda bildirilir.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. **
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət