2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində 30 layihə tam həcmdə maliyyələşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
2022-ci ilin I yarısında dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində dövlət büdcəsindən 1 milyard 46,4 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdu, bu vəsaitin 1 milyard 29,6 milyon manatı istifadə olunub. Bundan başqa, layihələr üçün xaricdən 118,5 milyon manat məbləğində kredit cəlb edilib.
2022-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri 339 layihə üzrə nəzərdə tutulub. “30 layihə üzrə nəzərdə tutulmuş xərclərə qarşı tam həcmdə vəsait ayrılıb və ödənilib. 25 sifarişçi təşkilat üzrə 129 layihənin maliyyələşdirilməsinə 502,3 milyon manat vəsait ayrılıb. Bu vəsait texniki-iqtisadi əsaslandırmaların, layihə-smeta sənədlərinin hazırlanması, məsləhətçi şirkətlərin, investisiya layihələrinin qiymətləndirilməsi və monitorinqi üçün ekspertlərin cəlb edilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib.
2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu 3 milyard 286,4 milyon manat məbləğində nəzərdə tutulub.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət