“Azərlotereya” ASC 2021-ci ildə dövlət büdcəsinə mənfəət vergisi ödənişini 3,9 dəfə – 5,1 milyon manata qədər artırıb.
Cəmiyyətin məlumatına görə, 2021-ci ildə “Azərlotereya”nın lotereya biletlərinin satışından gəlirləri 2020-ci illə müqayisədə 147% - 43,9 milyon manata qədər artıb.
2021-ci ildə şirkətin mənfəəti 170% - 20,9 milyon manata, xalis mənfəəti 73% - 7,6 milyon manata qədər artıb.
Ötən il ASC-yə 5,6 milyon manat məbləğində investisiya yatırılıb.
2021-ci ilin sonuna “Azərlotereya”nın aktivləri 2020-ci ilin sonuna olan 11,1 milyon manata qarşı 31,8 milyon manata çatıb.
Hesabat ilində şirkətin kapitalı 33% artaraq 9,7 milyon manata çatıb.
“Azərlotereya” ASC Azərbaycan Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanı ilə yaradılıb. Şirkətin təsisçisi İqtisadiyyat Nazirliyidir. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır. İqtisadiyyat Nazirliyi və Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkəti 2021-ci il fevralın 27-də “Azərlotereya” ASC-nin “YMT Sans B.V.” şirkətinə (“Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” saziş imzalayıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət