Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi hər iki ölkə şirkətlərinə qarşılıqlı xarici iqtisadi fəaliyyət həyata keçirərkən SWIFT sistemi vasitəsilə ödəniş zamanı problemlərlə üzləşməmək üçün ixrac müqavilələrini rus rublu ilə rəsmiləşdirməyi tövsiyə edir.
“Ticarət Nümayəndəliyinə RF şirkətlərindən Rusiyaya tədarük olunan mallara və göstərilən xidmətlərə görə azərbaycanlı tərəfdaşlara SWIFT sistemi üzərindən ABŞ dolları ilə pul vəsaitlərinin köçürülməsindən imtina edilməsi və ya köçürmələrin vaxtında həyata keçirilməməsi, eləcə də azərbaycanlı alıcıların tədarük olunan Rusiya məhsullarına görə ABŞ dolları ilə ödənişlərinin qəbul edilməməsi barədə məlumatlar daxil olur”, - deyə nümayəndəlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Gecikmələr iki aylıq müddəti əhatə edə bilər, əksər hallarda pul vəsaitləri ödəyiciyə geri qaytarılır.
“Ticarət Nümayəndəliyi Rusiya və Azərbaycanın iqtisadi operatorlarına ixrac müqavilələrini rus rublu ilə rəsmiləşdirməyi tövsiyə edir”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət