“KREDAQRO” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 1 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Bununla bağlı qərar BOKT-un yeganə səhmdarı olan “Aqromostfinans” şirkəti (RF) tərəfindən 2022-ci il iyunun 28-də qəbul olunub.
İstiqraz buraxılışı hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd qiymətli kağızdan ibarətdir. İstiqrazlar üzrə gəlirlilik illik 11%, tədavül müddəti 18 aydır. İstiqrazların ödəniş dövrünün müddəti 90 gündür.
İstiqrazlar hər biri 500 min manat məbləğində olan iki tranşda yerləşdiriləcək.
“KREDAQRO” BOKT 2000-ci il avqust ayının 28-də dövlət qeydiyyatına alınıb və riteyl və mikrobiznesin kreditləşdirilməsi seqmentində fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 452,3 min manat təşkil edir.
2021-ci ilin sonuna BOKT-un aktivləri 7 milyon 652,931 min manata, kredit portfeli 4 milyon 324,07 min manata, kapitalı 4 milyon 627,386 min manata bərabərdir. 2021-ci ilin yekunları üzrə cəmiyyətin zərəri 1 milyon 438,954 min manat təşkil edir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət