Qazaxıstan Azərbaycanı makaron məmulatlarının ixracı üçün perspektivli bazar hesab edir.
“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu gün Azərbaycanın idxal etdiyi makaron məmulatlarının 92%-i Türkiyə və Rusiyanın payına düşür.
“RF-dən olan istehsalçılarla əməkdaşlıqda qarşıda duran çətinlikləri və Türkiyənin buğda idxalından asılılığını nəzərə alaraq, Qazaxıstanın makaron istehsalçıları tərəfdaşlara sərfəli şərtlər təklif etməklə Azərbaycan bazarına daxil ola bilərlər”, - deyə “QazTrade”in analitikləri hesab edirlər.
Onların qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanın pərakəndə makaron məmulatları bazarının həcmi 32,4 milyon manat, 2016-2021-ci illərdə orta illik artım tempi 3,7% təşkil edib.
““QazTrade”in proqnozlarına görə, 2022-ci ildə Azərbaycanın pərakəndə makaron məmulatları bazarının həcmi 34,1 milyon manata, 2026-cı ildə 43,6 milyon manata çatacaq. Bütövlükdə, 2022-2026-cı illərdə bazarın orta illik artım tempi 6,1% səviyyəsində gözlənilir”, - deyə “QazTrade”də vurğulayıblar.
Azərbaycanın makaron məmulatları bazarında əsas brendlər “DoyMak” (14,1%), “Ankara Makarnası” (11%), “BisMak” (7,8%), “Pastavilla” (7,4%) və “Saville” (7,2%) brendləridir.
Məhsulların 99,5%-i ərzaq mağazaları, 0,5%-i isə elektron ticarət vasitəsilə satılır.
2022-ci ilin yanvar-may aylarında Qazaxıstan $24,5 milyonluq makaron məmulatları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bununla yanaşı, ixrac miqdar ifadəsində 18% artıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət