Azərbaycan hökuməti neft məhsullarının Naxçıvan Muxtar Respublikasına daşınmasına xərclərlə əlaqədar subsidiyanın ödənilməsinə 2022-ci ilin sonunadək dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5 milyon manat ayıracaq.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib ki, baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Vəsait Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində SOCAR ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtlərin razılaşdırılması barədə saziş imzalamalıdır.
Bu qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Naxçıvana neft məhsullarının daşınmasına subsidiye verilməsi onların tədarükünə xərclərin artımı ilə əlaqədar həyata keçiriləcək. (2023-cü ildən etibarən bu məbləğ Azərbaycan dövlət büdcəsindən NMR-nin dövlət büdcəsinə ayrılan dotasiyanın ümumi məbləğinə daxil ediləcək).
Bundan əlavə, Nazirlər Kbainetinin qərarına əsasən, 1 sentyabr 2022-ci ildən etibarən ölkə daxilində istehsal olunan neft məsullarıan aksiz dərəcələri artırılır. Xüsusilə, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42%-dən 42,5%-dək, dizel yanacağının aksiz dərəcəsi – 18%-dən 18,3%-dək qaldırılır.
Aksiz dərəcələrinin artırılması Tarif Şurasnın 26 iyul 2022-ci il tarixli qərarı ilə istehsalçının (SOCAR-İF) ölkə daxilində neft məhsullarının istehsalı və satışı tarifinin 1 ton üçün 695,75 manatdan 689,78 manatadək azalması ilə şərtlənit. Bununla əlaqədar dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləği azalıb. **
N.Abbasova, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət