2021-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 1 milyard 556,203 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 71% azdır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə ARDNF-in PWC beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilmiş 2021-ci ilə dair maliyyə hesabatında deyilir.
Dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 1 milyard 568,011 milyon manat (azalma 70,6%) təşkil edib.
2021-ci ildə fondun məzənnə fərqindən gəlirləri 1 milyard 504,135 milyon manat məbləğində (artım 21%) olub.
ARDNF-in faiz gəlirləri 4,329 milyon manat (azalma на 93,3%), dividend gəlirləri 513,091 milyon manat (artım 50,5%), icarə gəlirləri 35,906 milyon manat (azalma 43,8%), qızıl külçələr üzrə zərəri 472,75 milyon manat (2020-ci ildə 2 milyard 59,788 milyon manat məbləğində gəlir) təşkil edib.
Hesabata əsasən, 2021-ci ildə fondun aktivləri manat ekvivalentində 3,4% - 76 milyard 917,411 milyon manata qədər, cari aktivləri 3,5% - 73 milyard 910,573 milyon manata qədər, uzunmüddətli aktivləri 1,6% - 3 milyard 6,838 milyon manata qədər artıb.
Fondun öhdəlikləri 8,9% - 584,978 milyon manatadək azalıb.
2021-ci ildə ARDNF-in kapitalı 3,5% - 76 milyard 332,433 milyon manata qədər artıb, o cümlədən kapital qoyuluşu 33 milyard 845,78 milyon manat (artım 4,1%), ümumi bölüşdürülməmiş mənfəəti 41 milyard 825,204 milyon manat (artım 3,9%) təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət