Azərbaycanın işğaldan azad olunmuş ərazisində inşa edilən Zəngilan Beynəlxalq Hava Limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanılıb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.
“Uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya təminatı üçün lazım olan bütün mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib.
“Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
Zəngilan Beynəlxalq Hava Limanının inşasına 2021-ci ilin yazında başlanılıb. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət