2022-ci ilin birinci yarısında magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 763 milyon 600,5 min manat (cari məzənnə ilə $1,037 milyard - İF) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xüsusilə, magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 612 milyon 54,3 min manat ($360 milyon - İF) gəlir əldə edilib. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə gəlirlərin həcmi 3,1% artıb.
Magistral qaz kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 151 milyon 546,2 min manat ($677,4 milyon - İF) təşkil edib, artım 31,8% olub.
Hesabat dövründə magistral neft kəmərləri ilə 17 milyon 747,1 min ton neft (artım 1,7%), qaz kəmərləri ilə 19 milyard 898,1 milyon kubmetr qaz (artım 16,6%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 79,5% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 51,4% Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) payına düşür.
Xəbər verildiyi kimi, 2021-ci ildə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 3 milyard 49,505 milyon manat təşkil edib. O cümlədən, magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 197 milyon 649,8 min manat (artım 6,3%), magistral qaz kəmərlərinin fəaliyyətindən 1 milyard 851 milyon 856 min manat (artım 54,7%) gəlir əldə edilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət