2022-ci ilin I yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,7% - 347 milyon 622,6 min manatadək (cari məzənnə ilə $204,5 milyon - İF) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bu nəqliyyat dəhlizi ilə yük daşımalarından gəlirləri 38,2% artaraq 143 milyon 878,3 min manat ($84,6 milyon - İF) təşkil edib.
Yanvar-iyun aylarında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından Azərbaycanın gəlirləri 37,4% artaraq 20 milyon 215,3 min manat ($11,9 milyon - İF) təşkil edib.
Xəbəər verildiyi kimi, 2022-ci ilin I yarısında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 milyon 253,5 min ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur. Hesabat dövründə dəhliz vasitəsilə daşınmış yüklərin 6 milyon 621,5 min tonunu tranzit yüklər (artım 42,3%) təşkil edib. Bu dövrdə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə daşınmış sərnişinlərin həcmi 50 milyon 825,3 min nəfər təşkil edib (artım 46,1%).
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət