2022-ci ilin I yarısında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 2 milyard 328 milyon 8,2 min manat (cari məzənnə ilə $1,4 milyard) gəlir əldə edib ki, bu da 2021-ci ilin yanvar-iyun aylarının göstəricisindən 51,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 1 milyard 893 milyon 678,2 min manat məbləğində gəlir (cari məzənnə ilə $1,1 milyard, artım 41,4%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 1 milyard 893 milyon 291,8 min manatı (artım 41,4%) beynəlxalq yükdaşımaların, 386,4 min manatı isə daxili yükdaşımaların (artım 64,3%) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 434 milyon 330 min manat məbləğində gəlir (artım 2,2 dəfə) əldə edilib. Gəlirlərin əsas həcmi - 398 milyon 60,2 min manatı (artım 2,1 dəfə) beynəlxalq sərnişindaşımaların, 36 milyon 269,8 min manatı (artım 3,3 dəfə) daxili sərnişindaşımaların payına düşüb.
2022-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 245,6 min ton (artım 7.8%), sərnişin daşımalarının həcmi 824,7 min nəfər (artım 2,4 dəfə) təşkil edib.
2021-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 milyard 240 milyon 291,2 min manat (artım 20,4%), sərnişin daşımalarından 635 milyon 109,8 min manat gəlir (artım 85%) əldə edib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət