zərbaycanın bir sıra neft-kimya müəssisələri “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilir. Bu barədə “İnterfaks-Azərbaycan”a neft-qaz bazarındakı mənbə məlumat verib.
“SOCAR-ın neft emalı və neft-kimya sahələrində fəaliyyət göstərən müəssisələrin “SOCAR Downstream Management”in idarəetməsi prosesinə artıq başlanıb. Söhbət “Azərikimya” İB, SOCAR Carbamide Plant, SOCAR Metanol, SOCAR Polymer VƏ Azərbaycan qaz email zavodu və s. gedir”, - mənbə bildirib.
Onun sözlərinə görə, bu əməliyyatın əsas məqsədi opareativ idarəetmə mexanizmlərinin güclənməsi, vahid texnoloji prosesin yaradılması, SOCAR-ın stabil tenoloji işlək zəncirinin təmin edilməsi, hazır məhsulun rəqabətədavamlılığının artırılması və beynəlxalq bazaya əsaslanan HSE (Health, Safety and Environment) qaydalarının daha ciddi riayət edilməsidir.
Mənbə vurğulayıb ki, iki il əvvəl Bakı Neft Emalı Zavodu (BNEZ) “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilib.
“Daha spnra innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması üzrə mühüm tədbirlər həyata keçirilib, o cümlədən, biznes proseslərinin düzgün proqnozlaşdırılması və planlaşdırılması məqsədilə “Operativ təkmilləşmə” proqramının icrasına, aktivlərin və istehsalın idarəedilməsinə başlanılıb”, - mənbə qeyd edib.
Onun fikrincə, SOCAR-ın neft emalı və neft-kimya müəssisələrinin əlavə dəyərin yaradılması zəncirində şaquli inteqrasiya çərçivəsində inteqrasiya olunmuş fəaliyyəti “güclü sinerji, xərclərin optimallaşsırılması və gəlirlərin artımına” gətirəcək.
“Emal və neft-kimya müəssisələrinin vahid mərkəzdən idarə olunması idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, layihənin daha sürətli icrasına, əməyin mühafizəsinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyalardan istifadəyə, insan kapitalının artırılmasına və işçilərin karyera yüksəlişinin təmin edilməsinə zəmin yaradacaq”, - mənbə qeyd edib.
“SOCAR Downstream Management” SOCAR tərəfindən 2019-cu ilin sonunda SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması və modernləşdirilməsi, emal, hasilat, istismar, keyfiyyətə nəzarət, əməyin mühafizəsi, təmirin koordinasiyası və bu müəssisələrin təmir işləri, xammal və aralıq məhsulların ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının daha effektiv həyata keçirilməsi məqsədilə təsis edilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət