"AzInTelecom” MMC “Hökümət buludu” layihəsi çərçivəsində avadanlığın satınalınmasına 5,1 milyon manatdan artıq vəsait yönəldəcək
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, “AzInTelecom” müvafiq avadanlığın tədarükünə dair “İnfinitech” MMC və “Farah İnnovations” MMC ilə 5 milyon 152 min 812,2 manat ümumi məbləğində müqavilə bağlayıb.
“İnfinitech” MMC ilə bağlanmış müqavilədə AzIntelecom” təlabatına əsasən layihə çərçivəsində yaradılmış infrastruktur üçün yaddaş tipli Vsan, Backup serverlərin və şəbəkə avadanlıqlarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri - 3 milyon 657 min 721,52 manatdır.
“Farah İnnovations” MMC ilə bağlanmış müqavilədə müəssisə tipli yaddaş avadanlıqlarının satın alınması” nəzərdə tutulur. Müqavilənin dəyəri – 1 milyon 495 min 90,68 manatdır.
“AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.**
“AzInTelecom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxildir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət