İonik-Adriatik boru kəməri (IAP) ilə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək. Bunu Prezident İlham Əliyev deyib.
“Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihələr mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək”, - deyə dövlət başçısı İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı bildirib.
O əlavə edib ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub.
Xəbər verildiyi kimi, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya arasında Azərbaycan təbii qazının İtaliya, Yunanıstan və Bolqarıstana nəql olunduğu Trans-Adriatik boru kəmərinə (TAP) qoşulması nəzərdə tutulan IAP kəməri haqqında bəyannamə imzalanıb.
İonik-Adriatik boru kəmərinin uzunluğu 530 km, illik ötürmə qabiliyyəti 5 milyard kubmetr təşkil edəcək. Layihənin təqribi dəyəri 610 milyon avrodur. Kəmər Monteneqro, Bosniya və Herseqovina ərazisi ilə Xorvatiyanın Split və Albaniyanın Fieri şəhərlərini birləşdirməlidir. Boru kəmərinin 2025-ci ildə istismara verilməsi planlaşdırılıb.
SOCAR IAP layihəsinin texniki məsləhətçilərindən biridir.
Daha əvvəl İ.Əliyev bildirmişdi ki, müqavilələr və infrastrukturun mövcud olacağı halda Azərbaycan Qərbi Balkan ölkələrinə qaz ixrac etməyə hazırdır.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə bu həcm 12 milyard kubmetr təşkil edəcək. 2022-ci ildə 24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) Azərbaycan qazı ixrac ediləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət