2021-ci ildə “Azərxalça” ASC-nin zərəri 3 mln. 199,525 min manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 2,5% azdır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu barədə cəmiyyətin saytında dərc olunan 2021-ci il üzrə illik maliyyə hesabatında deyilir.
Hesabata əsasən, 2021-ci ildə “Azərxalça” ASC tərəfindən xalça satışından 1 milyon 606,81 min manat gəlir (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 3,2 dəfə) əldə edilib. Bu dövrdə satışların maya dəyəri 1 milyon 214,639 min manat təşkil edib (azalma 3,8 dəfə).
Nəticədə, cəmiyyətin əməliyyat gəliri 392,171 min manat təşkil edib (azalma 29%).
2021-ci il ərzində digər gəlirlər 2,8 dəfə - 411,944 min manatadək azalıb.
Əməliyyat xərcləri 4 milyon 182,351 min manat (azalma 17,8%), əməliyyat zərəri - 3 milyon 773,407 min manat olub (аrtım 11,3%).
2021-ci ildə cəmiyyətin aktivləri 3,9% - 102 milyon 795,896 min manatadək, uzunmüddətli aktivləri 0,02% - 78 milyon 144,854 min manatadək, qısamüddətli aktivləri 14,5% - 24 milyon 651,042 min manatadək azalıb.
Hesabat ilində “Azərxalça” ASC-nin kapitalı 3,4% - 102 milyon 410,632 min manatadək azalıb, nizamnamə kapitalı isə 15 mln. manata bərabərdir (dəyişməyib). Cari ilin əvvəlinə cəmiyyətin ümumi zərəri 17 milyon 38,71 min manat (artım 23,1%) təşkil edib.
2021-ci ildə cəmiyyətin öhdəlikləri 2,7 dəfə - 385,264 min manatadək azalıb.
“Azərxalça” ASC prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət