2022-ci ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 8 milyard 637 milyon 300,777 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 19,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
4 milyard 735 milyon 371,445 min manat (azalma 19,4%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 226 milyon 520,511 min manat (azalma 36,8%) olub. İlkin bazarda 841 milyon 663,246 min manatlıq, təkrar bazarda 384 milyon 857,265 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 508 milyon 850,934 min manat (azalma 10,9%) təşkil edib. İlkin bazarda 3 milyard 494 milyon 682,912 min manatlıq, təkrar bazarda 14 milyon 168,022 min manatlıq not yerləşdirilib.
8 ay ərzində BFB-nin ümumi dövriyyəsində 621 milyon 49,887 min manat (artım 2,3 dəfə) korporativ bazarın, o cümlədən 379 milyon 518,439 min manat ilkin bazarın, 241 milyon 531,448 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 299 milyon 735,837 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 298 milyon 23,47 min manat, səhmlərin yerləşdirilmə həcmi 23 milyon 290,58 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 3 milyard 280 milyon 879,444 min manat (azalma 27,7%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, avqustun sonuna birjanın kapitallaşması 4 milyard 110 milyon 755,566 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 5,9% azdır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət