Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşeləri sərhəddə Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb.
“Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar və Azərbaycan-Ermənistan sərhədində hazırki vəziyyət barədə barədə ətraflı məlumat verilib”, - nazirliyin məlumatında deyilir.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır.
Nazirliyin məlumatına görə, Kəlbəcər və Laçın rayonları ərazilərində 2019-2021-ci illərdə Ermənistanda istehsal olunmuş PMN-Э növlü 1390 ədəd piyada əleyhinə mina aşkar edilib.
Həmçinin, vurğulanıb ki, təkcə İşğaldan azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələrimizin bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış ümumilikdə 7559 ədəd piyada əleyhinə, 2348 ədəd tank əleyhinə mina və 10052 ədəd partlamamış döyüş sursatı aşkarlayaraq məhv edilib. Qarşı tərəfin diversiya qrupları bölmələrimizin təminat yollarını və mövqeləri arasındakı əraziləri minalayıb.
“Baş vermiş genişmiqyaslı təxribat nəticəsində yaranan gərginliyə, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”, - nazirlikdən vurğulanıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət