Azərbaycan enerji keçidinə hazırlıq çərçivəsində çox işlər görüb, bu prosesi sürətlə və keyfiyyətlə həyata keçirə bilər. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycan enerji keçidi çərçivəsində çox işlər görüb. Bu prosesi sürətlə və keyfiyyətlə həyata keçirmək üçün bizim bütün imkanlarımız var”, - deyə Şahbazov bu gün Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan enerji keçidi üçün zəruri olan enerji təhlükəsizliyini təmin edə bilib. “Ölkənin enerji sahəsində təşəbbüsləri Azərbaycanla yanaşı, digər dövlətlərin də enerji təhlükəsizliyini təmin etməyə imkan verib. Bununla yanaşı, Azərbaycanın neft-qaz infrastrukturunun və ölkəmizin iştirakı ilə digər layihələrin genişləndirilməsi üzrə işlər davam etdirilir”, - deyə nazir vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Şahbazov qeyd edib ki, hazırda Energetika Nazirliyi Dünya Bankı qrupu ilə enerji sahəsində 4 istiqamət üzrə əməkdaşlıq edir.
Birinci istiqamət Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi potensialından istifadə üzrə əməkdaşlığı, ikinci istiqamət enerji səmərəliliyinin təmin edilməsini, üçüncü istiqamət elektrik enerjisi bazarında liberal modelin tətbiqini əhatə edir. “Bu istiqamətdə fəaliyyət planı hazırlayırıq, daha sonra Yol Xəritəsi hazırlanacaq”, - deyə Şahbazov bildirib.
Onun sözlərinə görə, dördüncü istiqamət bərpa olunan enerji mənbələrinin inkişafını və elektrik enerjisi ixracının artırılmasını, o cümlədən Avropaya ixracını nəzərdə tutur.
“Biz DB ilə enerji sahəsində başqa layihələr də həyata keçirə bilərik. Biz 2050-ci ilədək 100% “yaşıl enerji”ni təmin etmək üçün ciddi şəkildə işləyirik”, - deyə energetika naziri əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət