Türk Dövlətləri Təşkilatının (TDT) investisiya fondunun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Bunu təşkilatın baş katibi Bağdad Amreyev deyib.
“İnvestisiya fondunun yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. Sentyabrın sonunda müvafiq sənədin imzalanması gözlənilir”, - deyə o, bu gün Şuşada keçirilən Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Amreyev qeyd edib ki, fondun əsas məqsədi kiçik və orta sahibkarlığın, habelə iri infrastruktur layihələrinin maliyyələşdirilməsindən ibarət olacaq.
Baş katib əlavə edib ki, investisiya fondunun prioritet istiqamətlərindən biri Qarabağ regionu olacaq və iş adamları Qarabağda layihələr həyata keçirmək üçün fondun vəsaitlərindən faydalana biləcəklər.
Türk Dövlətləri Təşkilatının investisiya fondunun ilkin nizamnamə kapitalı $350 milyon təşkil edəcək. Fondun nizamnamə kapitalı TDT-nin üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bərabər payları əsasında formalaşacaq.
Fondun yaradılmasında məqsəd regiondaxili ticarətin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dəstəklənməsi yolu ilə TDT-yə üzv ölkələrin iqtisadi inkişafına yardım etməkdir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət