Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların yerkləşdirilməsi ağır fəsadlar törədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsi ağır fəsadlar doğurur. Ermənistan tərəfindən 2021-ci il istehsalı minalar ərazilərimizdə yerləşdirilib”, - Bayramov Nyu Yorkda Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşü zamnaı bildirib.
Azərbaycan XİN-dən məlumat verilir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.
Tərəflər Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və onun inkişaf perspektivləri, habelə bölgəmizdə hazırkı durum barərə fikir mübadiləsi aparıblar.
Bayramov Azərbaycanla AŞ arasında əməkdaşlığın vacib olduğunu, ölkəmizin ehtiyacları əsasında işlənib hazırlanmış və ümumi əməkdaşlıq çərçivəsini təşkil edən 2022-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə işlərin davam etdiyini bildirib.
Nazir bölgədə münaqişə sonrası vəziyyət və Ermənistanın genişmiqyaslı təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat təqdim edib.
Bayramov Ermənistanla sərhədlərin delimitasiyasının və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin, sülh sazişi imzalanmasının bölgədə sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulayıb. Nazir, eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla 19 sentyabr tarixli görüş barədə məlumat verib.
Öz növbəsində, Mariya Peyçinoviç Buriç AŞ bölgədə atəşkəsə əməl etməyin, danışıqları bərpa etməyin və normallaşma prosesinin irəlilədilməsinin vacib olduğunu vurğulayıb. Təşkilat tərəfindən etimad quruculuğu tədbirləri həyata keçirilməsinə hazırlıq ifadə olunub. **
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət