Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3800-dən çox azərbaycanlının taley ilə bağlı məlumatın əldə edilməsi məsələsində Ermənistana təzyiq göstərməyə çağırıb.
Bu barədə Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşü zamanı bəyan edib.
“Görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri, habelə Ermənistanın təxribatı nəticəsində meydana gəlmiş vəziyyət və BQXK-nın mümkün dəstəyi barədə fikir mübadiləsi aparıldı. itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, 3800-dən çox azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsi və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsi vacibdir”, - Azərbaycan XİN Bayramovun sözlərindən sitat gətirir.
Öz növbəsində, BQXK prezidenti bəyan edib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa daim açıqdır.
O, Azərbaycan-Ermənistan sərhədində son gərginləşmədən sonra bölgədə fəal surətdə tərəflərlə təmasda olub.
“Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və törətdiyi fəlakətlər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanla BQXK arasında mümkün əməkdaşlıq üzrə fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət