2022-ci il iyunun 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 511 milyon 87,2 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 12,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 507 milyon 968,6 min manat və ya aktivlərin 33,6%-i (artım 24,6%), uzunmüddətli maliyyə aktivlərində 434 milyon 279,1 min manat (artım 7,2%), debitor borclarında 146 milyon 789,4 min manat (artım 48,1%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2022-ci il iyulun əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 382 milyon 929,2 min manat (azalma 1,1%) təşkil edib.
1 iyul 2022-ci il tarixinə sektorun sığorta ehtiyatları 910 milyon 688,6 min manat (artım 21,5%), ümumi bölüşdürülməmiş mənfəəti 83 milyon 433,5 min manat (artım 4,2%) təşkil edib.
2022-ci il iyulun 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (6 şirkət xarici kapitala malikdir - İF), 20-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-si isə broker şirkətidir.
2022-ci il iyulun 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1915,5 manat təşkil edib, bu isə 2021-ci ilin birinci yarısına olan göstəricidən 0,6% azdır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət