2022-ci ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 9 milyard 146 milyon 107,204 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 23.4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
4 milyard 908 milyon 121,444 min manat (azalma 20,9%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 399 milyon 270,509 min manat (azalma 32,5%) olub. İlkin bazarda 929 milyon 230,796 min manatlıq, təkrar bazarda 470 milyon 39,713 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 508 milyon 850,934 min manat (azalma 15,2%) təşkil edib. İlkin bazarda 3 milyard 494 milyon 682,912 min manatlıq, təkrar bazarda 14 milyon 168,022 min manatlıq not yerləşdirilib.
9 ay ərzində BFB-nin ümumi dövriyyəsində 755 milyon 265,430 min manat (artım 2,3 dəfə) korporativ bazarın, o cümlədən 432 milyon 768,264 min manat ilkin bazarın, 322 milyon 497,166 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 415 milyon 395,48 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 315 milyon 841,483 min manat, səhmlərin yerləşdirilmə həcmi 24 milyon 28,467 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 3 milyard 482 milyon 720,33 min manat (azalma 35,6%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, avqustun sonuna birjanın kapitallaşması 4 milyard 106 milyon 547,561 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 6% azdır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət