Səudiyyə Ərəbistanı Krallığında Bakı ilə Ər-Riyad arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün böyük imkanlar görürlər. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud bəyan edib.
“Siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur. Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb. Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var”, - Feysal bin Fərhan Al Səud çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri ikitərəfli əməkdaşlığın genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Öz növbəsində, Əliyev XİN başçısının səfərinin artıq mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərin daha da inkişafında çox vacib rol oynayacaq. O vurğulayıb ki, Bakı Ər-Riyad ilə mövcud olan səmimi münasibətlərə böyük dəyər verir.“Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq”, - prezident vurğulayıb.
Həmçinin, dövlət başçısı ölkədə COVİD-19-la bağlı vəziyyətin stabilləşməsi səbəbindən Azərbaycana turist axının artacağına əminlik ifadə edib. Eyni zamanda, Əliyev bildirib ki, Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayı artıq pandemiyadan öncəki səviyyəyə qayıdıb. **
R.Kərimov
“Bank Respublika” nizamnamə kapitalını 500 min manat artırıb
AZPROMO-nun rəhbəri: 2023-cü ilin yekunları üzrə Azərbaycandan şərab ixracı $8 milyon təşkil edəcək
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Azərbaycan prezidenti: Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər
HƏMAS İsrail hərbi əməliyyatları dayandırmayana qədər Qəzzadan girovları buraxmayacağını bəyan edir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək