BP şirkəti 2023-cü ilin I yarısında “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində yeni hasilat platformasının dayaq bloku və yuxarı tikililərini dənizə göndərməyi planlaşdırır. Bu barədə layihənin meneceri Nil Fillips məlumat verib.
“Hazırki planlarımıza əsasən, 2023-cü ilin birinci rübündə “Mərkəzi Şərqi Azəri” platofrmasının dayaq bloku, may-iyun aylarında – yuxarı tikililər göndəriləcək”, - Fillips cümə günü jurnalistlər üşün təqdimatda bildirib.
“İnterfaks-Azərbaycan”ın müxbirinin məlumatına görə, onun sözlərinə görə, “Mərkəzi Şərqi Azəri” hasilat platformasının dayaq bloku və qovuqların tikintisi artıq tamamlanıb.
“Dayaq bloku dənizə göndərilməyə hazırdır. Bu, 2023-cü ilin I rübündə STB-1 barjada modifikasiya işləri başa çatdıqdan sonra mümkün olacaq”, - Fillips qeyd edib.
O bildirib ki, dayaq blokunun hündürlüyü 153 metr, qovuqların ümumi çəkisi isə 9 min ton təşkil edəcək.
Onun sözlərinə görə, platformanın yuxarı tikililərinin tikintisi üzrə işlər 95% yerinə yetirilib.
Bundan başqa, layihə çərçivəsində neft və qazın «MŞA» platformasından sahilə çatdırılması üçün sualtı boru kəmərlərinin tikintisi başa çatdırılıb. 30 düymlük boru kəmərinin «Mərkəzi Azeri» platformasına qoşulmasını başa çatdırmaq, həmçinin neft kəmərlərinin parafinlərdən və neftdən tam təmizlənməsini həyata keçirmək və dalğıc işlərinə başlamaq qalır.
O cümlədən, Fillips məlumat verib ki, “MŞA” layihəsinin ümumi dəyəri təxminən $6 milyard təşkil edir, bunun təxminən $3,2 milyardı tikinti işlərinə xərclər, qalanı – yeni quyuların qazılması daxil olmaqla, işlənmə xərclərinin payına düşür.
Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Bu işləri TURAN Drilling Company şirkəti həyata keçirəcək.
Xəbər verildiyi kimi, hazırda “AÇG” blokunda 6 hasilat platforması fəaliyyət göstərirş MŞA layihəsi AÇG yataqlar blokunun işlənməsinin növbəti mərhələsidir.
Bu layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır. 19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
2021-ci ildə AÇG blokundan 167 milyon barelə yaxın neft (2020-ci illə müqayisədə azalma 4,6%) hasil edilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət