3-5 noyabr tarixlərində Nijni Novqoroddan (RF) Azərbaycana işgüzar missiyanın təşkili planlaşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Nijeqorod vilayətinin İxraca Dəstək Mərkəzinin məlumatına istinadən xəbər verir.
“Nijeqorod sahibkarları 3-5 noyabr 2022-ci il tarixlərində Bakıda keçiriləcək biznes missiyada iştirak edə bilərlər. (...) Biznes missiyanın iştirakçıları Azərbaycan şirkətləri ilə “B2B” formatında danışıqlar aparmaq, dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçirməklə yanaşı, ölkənin ən iri müəssisələrini də ziyarət edəcəklər”, - deyə məlumatda qeyd olunur.
Mərkəz dərman preparatları və tibbi texnika istehsalı üzrə ixtisaslaşan şirkətlər üçün “Medinex” beynəlxalq sərgisinə ziyarət təşkil edib. Bu sahənin təmsilçiləri sərgidə ən son yeniliklərlə tanış ola və potensial tərəfdaşlar tapa biləcəklər.
Azərbaycan Nijeqorod şirkətləri üçün məşhur xarici ticarət istiqamətidir. Belə ki, 2021-ci ildə Azərbaycana qeyri-xammal ixracının həcmi demək olar ki, iki dəfə artaraq $78,1 milyon təşkil edib. Nijeqorod vilayəti ənənəvi olaraq ölkəyə faner, dərman vasitələri, buğda və s. tədarük edir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət