Birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması Bakı ilə Bişkek arasında ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Prezident İlham Əliyev belə hesab edir.
“Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı bizim nəzərdə tutduqlarımızın bir hissəsi artıq icra olunub. İlk növbədə, birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulamaq istərdim. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək”, - deyə o, oktyabrın 11-də Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovla danışıqlardan sonra bildirib.
Dövlət başçısının sözlərinə görə, yarım il bundan əvvəl iki ölkənin prezidentləri strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb ki, bu da bizim münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. “Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz, əslində, bəzi səbəblər üzündən əvvəlki illərdə əldən buraxdıqlarımızın qısa vaxt kəsiyində hansısa dərəcədə yerini doldururuq. Düşünürəm, bizim gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz odur ki, biz konkret nəticələrə hədəflənmişik”, - deyə İ.Əliyev əlavə edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət