Azərbaycan Moldovada dənli bitkilərin yetişdirilməsi üçün torpaq icarəyə götürməkdə maraqlıdır.
Məlumatlı mənbələrdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, bu məsələ oktyabrın 10-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasında müzakirə olunub.
“Xüsusilə tərəflərin Moldovada torpaq sahələrinin icarəyə götürülməsi ilə ərzaqlıq buğdanın və digər dənli bitkilərin (soya, günəbaxan) yetişdirilməsi və Azərbaycana ixracı imkanlarını nəzərdən keçirə bilməsi məsələsi müzakirə olunub”, - deyə mənbə bildirib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu ilin yanvar ayında bildirmişdi ki, rəsmi Bakı ölkənin daxili tələbatını ödəmək üçün məhsul yetişdirmək və Azərbaycana gətirmək məqsədilə başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqların icarəyə götürülməsi mümkünlüyünü istisna etmir.
Daha sonra dövlət başçısı AZTV-yə müsahibəsində qeyd edib: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət