Danimarkanın “Carlsberg Group” pivə istehsalı korporasiyası indiyədək Azərbaycanda istehsalın təşkilinə və inkişafına 160 milyon manatdan çox investisiya yatırıb. Bunu “Carlsberg Azərbaycan” şirkətinin baş direktoru Alius Antulis deyib.
“Şirkət 2008-ci ildən indiyədək Azərbaycanda 160 milyon manatdan çox investisiya yatırıb. Dövlət büdcəsinə vergi ödənişləri ildə 35 milyon manatı ötür”, - deyə o, “Carlsberg” brendinin yaranmasının 175 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Baş direktor qeyd edib ki, 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə imzalanmış memoranduma əsasən, şirkət 2021-2025-ci illərdə Azərbaycanda istehsalın inkişafına 25 milyon manatdan artıq ($14,7 milyondan çox) investisiya yatıracaq. “Vəsait şirkətin ölkədəki portfelinin inkişafına və bütün məhsulların lokallaşdırılmasına yönəldiləcək, çünki istehsalın tamamilə Azərbaycanda həyata keçirilməsi üçün xammal və materialların tam lokallaşdırılması bizim üçün vacibdir”, - deyə o vurğulayıb.
A.Antulis bildirib ki, şirkət 2023-cü ildə Azərbaycanda yalnız yerli arpadan istifadə edilməklə pivə istehsal etmək niyyətindədir. Həmçinin yerli etiket istehsalçıları ilə işə başlanılıb, yerli qablaşdırma məhsullarının tədarükçüləri ilə danışıqlar aparılır.
O vurğulayıb ki, şirkətin hesablamalarına görə, yerli bazarda “Carlsberg Azerbaijan”ın payı 75%-ə qədərdir.
Şirkət 2023-cü ildə Gürcüstana ixraca başlamağı, eləcə də Azərbaycanda istehsalı 20-25% artırmağı (2022-ci ildə 4 milyon dekalitr) planlaşdırır.
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə 250 nəfərə yaxın işçi çalışır. “Carlsberg Azerbaijan”ın portfelinə “Xırdalan”, “Baltika”, “Əfsanə”, “Carlsberg”, “Kronenbourg 1664 Blanc”, “Seth&Riley`s Garage” və s. pivə brendləri daxildir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət