2022-ci il oktyabrın 12-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın “Maire Tecnimont” şirkətinin dəstəyi ilə yaradılan Polimer Tədqiqat Laboratoriyasının açılışı olub.
Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, BANM-in rektoru Elmar Qasımov, “Maire Tecnimont” şirkətinin baş icraçı direktoru və baş əməliyyat direktoru Alessandro Bernini, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq “Maire Tecnimont” şirkəti tərəfindən yaradılan laboratoriyanın əhəmiyyətindən danışıb. Rektor 500 min avro dəyərində olan bu laboratoriyanın BANM-in tədqiqat fəaliyyətlərinə dəstək olacağını, həmçinin tələbə və müəllimlərin elmi araşdırmalarına dəyərli fayda verəcəyini qeyd edib. Elmar Qasımov bu laboratoriyanın ən aktiv laboratoriyalardan biri olacağına və burada mühüm tədqiqatların aparılacağına inandığını ifadə edib. Hazırda BANM-in 14 məzununun “Maire Tecnimont” şirkətində çalışdığını vurğulayan Elmar Qasımov bu hadisənin əməkdaşlığın növbəti uğurlu nəticəsi olduğunu bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Maire Technimont” şirkətinin dəstəyi ilə Polimer Tədqiqat Laboratoriyasının istifadəyə verilməsinin BANM-in gələcək inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. SOCAR-ın “Maire Tecnimont” şirkəti ilə uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edən Rövşən Nəcəf Polimer Tədqiqat Laboratoriyasının “Maire Technimont” şirkəti ilə uğurlu əməkdaşlığın növbəti təzahürü, eyni zamanda, yeni tədris ilində BANM-in müəllim-tələbə kollektivinə edilmiş ən gözəl hədiyyə olduğunu qeyd edib. Müstəqillik illərində, xüsusən son 20 il ərzində ölkəmizdə təhsilin inkişafı istiqamətində strateji addımlar atıldığını, ölkə başçısının yüksək diqqəti və birbaşa nəzarəti ilə xüsusi dövlət proqramlarının uğurla icra edildiyini diqqətə çatdıran SOCAR prezidenti, BANM-in maddi-texniki bazasının gücləndirilməsinin, burada beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılmasının tələbələrin gələcək karyera inkişafı, ölkəmizdə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaradacağını ifadə edib.
“Maire Tecnimont” şirkətinin baş icraçı direktoru vəbaş əməliyyat direktoru Alessandro Bernini BANM ilə səmərəli əməkdaşlıqdan bəhs edərək 2016-cı ildən qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla həyata keçirildiyini bildirib. Alessandro Bernini “Maire Tecnimont”un əməkdaşlıq etdiyi müxtəlif universitetlər arasında ilk dəfə BANM-də yaradılmış bu laboratoriyanın əməkdaşlığın yeni mərhələsinin təməlini qoyacağını vurğulayıb. O, BANM-in Azərbaycanın ən nüfuzlu təhsil müəssisələrindən biri olduğunu qeyd edərək qarşıda daha böyük planların və hədəflərin nəzərdə tutulduğunu ifadə edib.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri İtaliya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edib, istifadəyə verilən bu laboratoriyanın Azərbaycanda təhsilin daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.
Çıxışlardan sonra tədbir iştirakçıları laboratoriyada yaradılan şəraitlə tanış olublar. Polimer Tədqiqat Laboratoriyasında tələbə və müəllimlərin elmi araşdırmalar aparmaları üçün bütün zəruri şəraitin yaradıldığı, mövcud avadanlıqların tədqiqatların aparılması və materialların spesifikasiya tələblərinə nəzarətin təhlilinə imkan verdiyi diqqətə çatdırılıb.
Daha sonra SOCAR ilə “Maire Tecnimont” şirkəti arasında mövcud və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət